BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,42 ABŞ dolları və ya 1,51% ucuzlaşaraq 92,55 ABŞ dollarına enib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 1,8% ucuzlaşaraq 89,36 ABŞ dolları təşkil edib.

 

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,55 dollar və ya 0,86% azalaraq 63,48 dollar/barelə bərabər olub.

 

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,67 dollar və ya 0,72% azalaraq 92,06 dollar/barel təşkil edib.

 

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.Trend

Tarix: 15 Avqust 2026, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin