BURADA REKLAMINIZ OLA
BİLƏR

“28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 26 avtobus marşrutu müəyyənləşdirilib

Bakı Metropoliteninin xətlərinin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin tam məhdudlaşdırılması ilə əlaqədar sərnişinlərin daşınmasının təmin olunması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib.

 

Pravda.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

O qeyd edib ki, bu proses 11 ay davam edəcək və həmin müddətdə sərnişinlərin məlumatlandırılması, avtobus marşrutlarının təşkili və sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

 

“Əlavə avtobusların ayrılması ilə intervalların tənzimlənməsi və artacaq sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Bu məqamda da Bakı Metropoliteni və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi monitorinqlərini davamlı olaraq həyata keçirəcək. Yeni tədris mövsümünün başlanmasına gəlincə, bunu bir sınaq dövrü kimi qəbul edirik”, - deyə B. Məmmədov qeyd edib.

 

O bildirib ki, sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması üçün Bakı Metropoliteni tərəfindən stansiyaların girişlərində əlavə məlumatlandırma tədbirləri həyata keçirilir.

 

“Nizami metro stansiyanın girişində Bakı Metropoliteninin könüllüləri sərnişinlərə yaxınlaşaraq onları məlumatlandırırlar, avtobus marşrutları barədə məlumatları təqdim edirlər. Eyni zamanda, Bakı Metropoliteni işçiləri də müxtəlif stansiyalarda əlavə məlumatlandırma tədbiri kimi işə cəlb olunublar və onlar da sərnişinlərin tam məlumatlı olması, Bakı Metropoliteni stansiyasından və yaxud da ekspres avtobuslardan necə istifadə etməsi barədə məlumatları təqdim edirlər”, - deyə QSC-nin rəsmisi diqqətə çatdırıb.

Tarix: 15 Avqust 2026, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin