BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmazda iki ata oğullarını bıçaqladı

Xaçmazda iki ata oğlunu bıçaqlayıb.

 

Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Əsəd oğlu Musayev avqustun 14-ü saat 23 radələrində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Xaçmaz Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Oxşar hadisə rayonun Qadaşoba kəndində də baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Saməddin Bədrəddin oğlu Şixanov 18 yaşlı oğlu Ceyhun Şıxanova bıçaqla zərbə endirib.

 

Xəsarət alan hər iki şəxsin həyatına yəhlükə yoxdur, vəziyyətləri qənaətbəxşdir.

 

Hadisələrlə bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Tarix: 15 Avqust 2026, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin