Bakıda yeni binaların sayı artsa da, mənzil qiymətləri ucuzlaşmaq əvəzinə sürətlə bahalaşır. Bir neçə il əvvəl 60-70 min manata almaq mümkün olan mənzillərin qiyməti hazırda 150-180 min manata çatıb. Bu vəziyyət xüsusilə gəliri aşağı olan, uzun müddət kirayədə yaşayan və mənzil almaq üçün kifayət qədər vəsaiti olmayan vətəndaşları çətin vəziyyətdə qoyur.
Bəs mənzillər niyə bu qədər bahalaşır? Qiymət artımının əsas səbəbi nədir və mənzil bazarında qiymətləri aşağı salmaq mümkündürmü?
Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, bahalaşma 2021-ci ildən etibarən daha qabarıq şəkildə özünü göstərməyə başladı ki, bunun da bir neçə səbəbi var:
“İlk növbədə, ölkədə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı tikinti işlərinin başlanması müəyyən tikinti materiallarına tələbatı artırdı. Ən ciddi bahalaşma armaturda müşahidə olundu. Bir tonu əvvəl 700-750 manat olan armaturun qiyməti sonradan 1200-1250 manata qədər yüksəldi. Təbii ki, tikinti materiallarının bahalaşması tikinti şirkətlərinin də mənzil qiymətlərini artırmasına təsir göstərdi. Digər tərəfdən, 2018-2019-cu illərdən başlayaraq tikinti şirkətlərinə verilən icazələrin həcminin məhdudlaşdırılması bazarda rəqabətin azalmasına gətirib çıxardı. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar miqrasiya prosesləri, həmin ölkələrdən Azərbaycana insanların, o cümlədən həmvətənlərimizin qayıtması da mənzil bazarında tələbatı artıran amillərdən biri oldu”.
E.Azadovun sözlərinə görə, ən ciddi qiymət artımları 2022-2023-cü illərdə baş verib:
“Əgər 2016-cı illə 2026-cı ili müqayisə etsək, yeni başlayan tikintilərin həcmi təxminən 8-10 dəfə azalıb. Yəni bir tərəfdən təklif azalır, digər tərəfdən tələbat artır. Rəqabətin zəifləməsi də tikinti şirkətlərinə qiymətləri daha rahat şəkildə artırmaq imkanı verir.
Nəticədə şirkətlərin bazara çıxardığı mənzillərin sayı azalır, mövcud mənzillər isə bəzən real bazar qiymətindən 15-20 faiz daha baha təklif olunur. Bu tendensiya ipotekaya olan tələbatın artması ilə də müşayiət olunur.
İpoteka götürənlərin hamısı yalnız mənzilə ehtiyacı olan şəxslər deyil. Onların arasında bunu investisiya vasitəsi kimi qiymətləndirənlər də var. Mənzil qiymətlərində orta illik artım 11-12 faizdən aşağı olmayıb. Bəzi dövrlərdə, xüsusilə 2022-2023-cü illərdə bu artım 17-18 faizə qədər yüksəlib. Halbuki ipoteka kreditləri üzrə illik faiz dərəcəsi güzəştli kateqoriyalar üçün 4 faiz, digər şəxslər üçün isə 8 faizdir”.
Elnur Azadov qeyd edib ki, bütün bu amillərə həmin dövrdə yüksək inflyasiyanı da əlavə etmək lazımdır:
“Yəni iqtisadi proseslər, tikinti materiallarının bahalaşması, şəhərsalma və tikinti sektorundakı dəyişikliklər, təklifin azalması və tələbatın artması birlikdə mənzil qiymətlərinin davamlı yüksəlməsinə səbəb olub. Bu baxımdan, tikinti şirkətləri yenidən böyük həcmdə tikinti işlərinə başlayaraq bazara daha çox mənzil çıxarmayana və təklif-tələbat balansı bərpa olunmayana qədər qiymət artımının davam etməsi ehtimalı yüksəkdir”.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin