BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu il doğulan körpələrin sayı açıqlandı - azalma var...

Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

 

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşüb.

 

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub.

 

Doğulan körpələrdən 1420-si əkiz, 57-si isə üçəm olub.

Tarix: 17 Avqust 2026, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin