BURADA REKLAMINIZ OLA
BİLƏR

Nikahların sayı kəskin azaldı

Bu ilin birinci yarısında Azərbaycanda 19 min 224 nikah, 9 min 776 boşanma qeydə alınıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

 

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (4,8), Qarabağ (4,6), Bakı, Dağlıq Şirvan və Qazax-Tovuz (4,0), Lənkəran-Astara (3,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,8) yüksək olub.

Tarix: 17 Avqust 2026, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin