BURADA REKLAMINIZ OLA
BİLƏR

Könüllü hərbi xidmət sentyabrda başlayacaq - Fransada

Fransada könüllü hərbi xidmət proqramının ilk iştirakçıları sentyabr ayında xidmətə başlayacaqlar.

 

Fransa mediasının məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron Borm-le-Mimozada keçirilən mərasimdə bildirib.

 

Makron bildirib ki, gənclərin dövlət maraqlarına xidmət etməsi üçün yeni milli xidmət proqramı yaradılacaq. Proqram üzrə müraciətlərin qəbulu 2026-cı ilin yanvarında başlayıb. İlk il 18-25 yaş arası 3 min gəncin xidmətə cəlb edilməsi planlaşdırılır. Xidmət müddətinin 10 ay olacağı bildirilir.

 

Hazırda proqrama 2,2 min müraciətin daxil olduğu qeyd edilir. Könüllülərin sayının 2027-ci ildə 4 minə, 2030-cu ildə isə 10 minə çatdırılması planlaşdırılır.

 

APA

Tarix: 18 Avqust 2026, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin