BURADA REKLAMINIZ OLA
BİLƏR

Zirəni yalnız küftəyə qatmayın: Bu yeməklərə də möhtəşəm dad verir

Zirə kəskin ətri və özünəməxsus isti dadı ilə çox istifadə olunan ədviyyatlardandır.


Pravda.az bildirir ki, ən çox küftə ilə tanınsa da, istifadə sahəsi bununla məhdudlaşmır. Paxlalı yeməklərdən şorbalara, tərəvəzlərdən plovlara qədər bir çox yeməyə fərqli dad və ətir verir.


Zirə nədir?


Zirə qurudulmuş toxumlarından əldə edilən aromatik ədviyyatdır.


Mətbəxdə həm üyüdülmüş, həm də dənəvər formada istifadə olunur.


Üyüdülmüş zirədən istifadə daha rahatdır, dənəvər zirə isə tavada qovrulduqda daha güclü ətir verir.


Zirə haralarda istifadə olunur?


Küftədə: Zirə ən çox küftə içliyində istifadə edilir. Qiymə, soğan, sarımsaq, qara istiot və pul bibərlə birlikdə küftəyə özünəməxsus dad verir.


Ət yeməklərində: Mal və quzu əti, qiyməli yeməklər, kabablar və ət qovurmalarında istifadə edilə bilər.


Paxlalı yeməklərdə: Noxud, lobya, mərci və digər paxlalılarla çox yaxşı uyğunlaşır.


Şorbalarda: Mərci şorbası tərəvəz şorbalarına əlavə edilə bilər.


Tərəvəz yeməklərində: Kartof, kök, gül kələmi, balqabaq və badımcanla yaxşı uyğunlaşır.
 

Plov və bulqur yeməklərində: Bulqur plovu, noxudlu plov və tərəvəzli düyü plovuna əlavə edilə bilər.


Toyuq yeməklərində: Toyuq şiş, toyuq qovurması və sobada toyuğa əlavə edilə bilər.


Zirədən necə istifadə etmək lazımdır?


Az miqdardan başlayın: Zirənin ətri güclü olduğundan çox istifadə edildikdə yeməyin əsas dadını örtə bilər.


Üyüdülmüş zirə: Küftə, şorba, paxlalı, sous və tərəvəz yeməklərinə birbaşa əlavə edilə bilər.


Dənəvər zirə: Tavada qısa müddət qovrulduqda ətri daha da güclənir.


Zirə hansı yeməklərə yaraşır?


Mərci şorbası: Mərci şorbasının dadını tamamlayır və ona xoş ətir verir.


Küftə: Klassik küftə içliyində ən çox istifadə olunan ədviyyatlardan biridir.

Quru lobya: Paxlalı yeməklərin ətrini gücləndirir.

Noxud yeməyi: Xüsusilə tomatlı və ətli noxud yeməklərində zirə çox yaxşı uyğunlaşır.


Sobada kartof: Kartof, zeytun yağı, qırmızı toz bibər və zirə ilə daha ətirli olur.


Toyuq şiş: Toyuq marinadında qırmızı toz bibər, sarımsaq və qatıqla birlikdə istifadə edilə bilər.


Bulqur plovu: Bulqur plovuna az miqdarda zirə əlavə etmək yeməyə fərqli dad qatır.


Zirə çox istifadə olunarsa nə baş verər?


Zirə güclü ədviyyat olduğundan həddindən artıq istifadə edildikdə yeməyin digər dadlarını üstələyə bilər. Buna görə az miqdardan istifadə etmək məsləhətdir.


Əminə Bayramova 

Tarix: 18 Avqust 2026, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin