BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Əliyev: “Əlisa Nicat filosofdursa, onda mən kosmonavtam”

Şahbaz Xuduoğlu Əlisa Nicata baş çəkməsi ilə bağlı video paylaşıb. Əlisa Nicat əlində iri həcmli “KQB” kitabını Şahbaza göstərib deyir ki, bunu tərcümə edirəm. Bu mövzuda yüzlərlə kitab yazılıb. Ahıl bir yazıçını XXI əsrin 26-cı ilində bu mövzuya itələyən nədir? Nədən bizim yazıçılar, elm adamları yaşlaşdıqca daha çox dini və siyasi mövzulara meyl edirlər.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.

 

“Evindəki kitabxanasını gördüm. Əsla yazıçı kitabxanasına bənzəmədi. Onu filosof adlandıranlara isə demək istəyirəm: Əlisa Nicat filosofdursa, onda mən kosmonavtam…Bizdə “fəlsəfə tarixçi”ləri var, onların da yazdıqlarının əksəriyyəti köçürmədir. Bu istiqamətdə Bertran Rasselin “Qərb fəlsəfəsinin tarixi” kitabını oxumaq kifayətdir” – E.Əliyev qeyd edib.

Tarix: 18 Avqust 2026, 13:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin