BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Gürcüstan sərhədində yük maşınlarının sıxlığının aradan qaldırılması üçün tədbirlər görüləcək

Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

 

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranması ilə əlaqədar Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbərliyi arasında müzakirələr aparılıb.

 

Müzakirələr zamanı mövcud vəziyyət, sıxlığın aradan qaldırılması və yük nəqliyyat vasitələrinin sərhəddən keçidinin daha da sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.

 

Tərəflər sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə müvafiq zəruri tədbirlərin həyata keçirilməsini planlaşdırıblar.

Tarix: 18 Avqust 2026, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin