BURADA REKLAMINIZ OLA
BİLƏR

Dizel, yoxsa benzin mühərrik? - Hansı avtomobil məsləhətdir?

Azərbaycanda dizel mühərrikli avtomobillərə hələ də maraq var. Bir sıra avtomobil salonlarında, o cümlədən rəsmi distribütorlarda dizellə çalışan avtomobil modelləri təklif olunur, daha güclü olduğu bildirilir.

 

Bəs dizellə, yoxsa benzinlə çalışan avtomobillər daha güvənlidir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tanınmış avto bloqer Elgün Xıdırov bildirib ki, Azərbaycana hazırda dizellə çalışan yeni minik avtomobilləri çox az sayda gəlir.

 

Onun sözlərinə görə, rəsmi distribütorlar böyük həcmli krossover və offroaderləri çıxmaq şərti ilə minik avtomobillərini nadir hallarda dizellə təklif edir: “Lakin yük maşınları, avtobuslar, kommersiya avtomobilləri seqmentində dizel mühərrikləri həmişəki kimi aktualdır. Minik avtomobilləri seqmentində dizel mühərriklərinə tələbatın azalmasının bir neçə səbəbi var. Avtomobil illik ortalama 30 min  km-dən az sürülürsə, dizel mühərrikli minik nəqliyyat vasitələri sərfəli deyil. Çünki dizelin ehtiyat hissələri, texniki xidməti, təmiri daha bahadır. Hazırda benzin və dizel yanacaqları arasında qiymət fərqi azalıb. Doğrudur, sərfiyyat həcmi benzinlə müqayisədə dizeldə daha az olsa da, xidmət xərcləri ilə müqayisədə bu qənaət ciddi əhəmiyyət daşımır. Həmçinin hibridlərin minik avtomobilləri seqmentində əhəmiyyətli yer alması da benzin-dizel fərqinə təsir edib. Çünki hibrid daxili yanma mühərrikləri benzinlə işləyir”.

 

Şəhanə Qədirli

Tarix: 19 Avqust 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin