BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu il 4,7 milyon dollar dəyərində çay ixrac olunub

2026-cı ilin yanvar-iyul aylarında ölkədən 531,33 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz çoxdur.

 

Pravda.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 19,5 faiz artaraq 4 milyon 667,47 min dollar olub.

 

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında isə Azərbaycandan 3 milyon 905,92 min dollar dəyərində yəni, 430,8 ton çay ixrac edilib.

Tarix: 19 Avqust 2026, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin