BURADA REKLAMINIZ OLA
BİLƏR

Xoşqədəm Xudiyeva vəzifəsindən azad olundu

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.

 

Məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

 

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.

 

Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.APA

Tarix: 20 Avqust 2026, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin