BURADA REKLAMINIZ OLA
BİLƏR

5 uşaq atası dənizdə batdı

Astarada bir nəfərin dənizdə batması barədə FHN-nin Cənub Regional Mərkəzinə məlumat daxil olub.

 

Hadisə Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə baş verib.

 

Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlib.

 

Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub və axtarışlara başlanılıb.

 

Hazırda xilasedicilər 36 yaşlı Elmar Məmmədlinin axtarışlarını aparır.

 

Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.APA

Tarix: 20 Avqust 2026, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin