BURADA REKLAMINIZ OLA
BİLƏR

Geodeziya və Kartoqrafiya Agentliyi haqqında əsasnamə təsdiqlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi haqqında əsasnamə təsdiq edilib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı nazirliyin kollegiyası qərar qəbul edib.

 

Əsasnaməyə əsasən Agentliyin fəaliyyət istiqamətləri müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında, dövlət nəzarətinin və əlaqələndirmənin həyata keçirilməsinin təmin edilməsində iştirak etmək, müvafiq sahənin inkişafını təmin etməkdir.

 

Həmçinin müvafiq sahə üzrə dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərini və coğrafi adlar üzrə kataloqlar yaratmaq, coğrafi obyektlərin uçotunu aparmaq, coğrafi xəritələri yeniləmək və bu sahədə fəaliyyətin təşkilinə dair müvafiq tədbirlər görməkdir.

Tarix: 20 Avqust 2026, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin