BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıllıda avtomobil qəzası olub, 1-i körpə olmaqla, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 20.08.2026-cı il tarixində saat 12:15 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

TƏBİB-dən verilən xəbərə görə, daxil olarkən pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.

 

Hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.

 

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də ölüm faktı qeydə alınıb. Digər şəxslərin müalicəsi davam etdirilir.

 

Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

 

***

15:12

 

İsmayıllıda qəzada ölən və yaralananların kimliyi məlum olub.

 

Ölənlərdən biri 2026 cı il təvəllüdlü körpədir.

 

Hadisə nəticəsində ölənlərdən digəri isə 60 yaşlı Elina Məmmədovadır.

 

Qəza nəticəsində 29 yaşlı Türkanə Sadıqova, 25 yaşlı İlahə İsmayılova, 25 yaşlı Məmməd Məmmədov, 25 yaşlı Faiq İsmayılov və 25 yaşlı Zahid Nuriyev xəsarət alıb.APA

 

***

13:37

İsmayıllı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

 

Məlumata görə, günorta saatlarında magistral yolda hərəkətdə olan 2 minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan 2 nəfər həyatını itirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Tarix: 20 Avqust 2026, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin