BURADA REKLAMINIZ OLA
BİLƏR

“TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə gətirər?” - FOTO

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən fotolar yayılıb.


Pravda.az xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb.


O, paylaşımında sözügedən xəstəxananın sanitar qovşağının fotolarını paylaşaraq, buranın antisanitariya qaynağı olduğunu bildirib.

 
Jurnalist həmçinin qeyd edib ki, otaqlar və dəhlizlər də oxşar vəziyyətdədir:


"Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir".



Pravda.az TƏBİB-ə sorğu ünvanlayıb.

Fotoları təqdim edirik
Tarix: 20 Avqust 2026, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin