BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu tarixdə Ay qırmızı rəngə boyanacaq

Avqustun 28-də baş verəcək Günəş tutulması zamanı Ayın demək olar ki, tamamailə qırmızı rəngə boyanacaq.

Məlumata görə, bu barədə Moskva Planetariumunun metodoloji təminat şöbəsinin rəhbəri, astronom Lyudmila Koşman məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Ayın 90%-dən çoxunun Yer kürəsinin kölgəsində qalması olacaq.

“Ay yalnız tam Ay tutulması zamanı qırmızı-qəhvəyi rəng alır. Bu effekt Yer kürəsinin kölgəsinə daxil olması və planetimizin atmosferindən keçən Günəş şüaları ilə işıqlandırılması nəticəsində baş verir. Yer atmosferinin vəziyyətindən asılı olaraq, o, tünd qırmızı, mis-qəhvəyi və ya al qırmızı rəng ala bilər”, - deyə astronom qeyd edib.

Tutulma avqustun 28-də Bakı vaxtı ilə 05:24-də başlayacaq və 11:02-də başa çatacaq.

Astronomik fenomen Avropa, Qərbi Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik, Hind okeanları və Antarktidada müşahidə olunacaq. Yeniavaz.com

Tarix: 20 Avqust 2026, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin