BURADA REKLAMINIZ OLA
BİLƏR

"By Ella" ləqəbli bloqer azadlığa buraxıldı

Bir müddət öncə həbs edilən "By Ella" ləqəbli bloger Lalə Məmmədova azadlığa buraxılıb.

 

Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işi istintaq orqanı tərəfindən xitam verilib.

 

Bununla da xanım bloqer azadlığa buraxılıb.

 

Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

 

Daha sonra Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. "Unikal"

Tarix: 20 Avqust 2026, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin