BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda və arpa göndərilib

Avqustun 21-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

 

Pravda.az xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 47 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

 

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Tarix: 21 Avqust 2026, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin