BURADA REKLAMINIZ OLA
BİLƏR

Dankan Norman: Azərbaycan dilini öyrənmək karyeramdakı ən yaxşı qərarlardan biri olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Azərbaycan dilini öyrənməyi karyerasında ən yaxşı qərarlardan biri adlandırıb.

 

O, bu barədə mətbuat konfransında çıxış edərkən bildirib.

 

Diplomat bildirib ki, Bakıya gəlməzdən əvvəl bununla məşğul olmağa başlayıb, daha sonra isə bir müddət Gəncədə Azərbaycan ailəsində yaşayıb.

 

"Mən bura gəlməzdən qabaq bir ildən çox Azərbaycan dilini öyrəndim, sonra isə bir müddət Gəncədə bir ailə ilə yaşadım. Mən hələ də məşğul olmağa davam edirəm, çünki öyrəndiklərimin hələ kifayət qədər yaxşı olduğunu düşünmürəm", - diplomat bildirib.

 

Səfirin sözlərinə görə, ingilisdilli insan üçün Azərbaycan dilini öyrənmək asan deyil. Bununla belə, o, bu prosesi dəyərli və faydalı bir təcrübə hesab edir və dərslərini məmnuniyyətlə davam etdirir.

 

"Sizin dilinizi öyrənmək həqiqətən də xoşuma gəlir. Azərbaycan dili çox zəngindir, onun quruluşu çox xoşuma gəlir. Azərbaycan dilini öyrənmək karyeram ərzində qəbul etdiyim ən yaxşı qərarlardan biri oldu", - Norman vurğulayıb.

 

Diplomat danışıq bacarıqlarını inkişaf etdirə biləcəyinə və öz işində Azərbaycan dilindən daha tez-tez istifadə edəcəyinə ümid etdiyini bildirib. “Report”

Tarix: 21 Avqust 2026, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin