BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar jurnalist vəfat etdi - FOTO

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.

 

Bu barədə jurnalistin yaxınları məlumat veriblər.

 

T. Qasımova bir neçə il idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

 

Həmkarlarının verdiyi məlumata görə, T. Qasımova (Nurani) bu gün Köhnə Yasamal qəbiristanlığında dəfn ediləcək. Vida mərasimi “Təzə Pir” məscidində olacaq.

 

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

 

Son illərdə Tofiqəxanım Qasımova Minval.az və “Minval Politika” xəbər portalında redaktor, həmçinin əsas siyasi şərhçilərdən biri kimi fəaliyyətini davam etdirib.

 

Əməkdar jurnalist Nurani vəfat etdi

Tarix: 22 Avqust 2026, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin