BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

 

Pravda.az bildirir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

 

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Tarix: 23 Avqust 2026, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin