BURADA REKLAMINIZ OLA
BİLƏR

“İmzalanmış çoxsaylı sənədlər və iki ölkə liderinin siyasi iradəsi bu əməkdaşlığı daha sarsılmaz edir” – RƏY

“Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə siyasi və diplomatik əməkdaşlıqla yanaşı, iqtisadi müstəvidə də sürətlə inkişaf edir. Xüsusilə, ticarət, investisiya, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı və energetika sahələrində həyata keçirilən layihələr iki ölkənin iqtisadi potensialını bir-birinə daha sıx bağlayır. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onların nəqliyyat-logistika əməkdaşlığını xüsusi əhəmiyyətli edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tənzilə Rüstəmxanlı deyib.

Tənzilə Rüstəmxanlı: “Xameneinin 40 mərasiminin ilk xarici ölkə kimi  Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır” Pravda.az

Deputat bildirib ki, Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı yaradır, Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatlarından biri kimi regional bazarlara çıxış imkanlarına malikdir: “Bu baxımdan Orta Dəhliz, Xəzər üzərindən daşımalar və yeni logistika imkanları ikitərəfli ticarətin artırılması üçün mühüm potensiala sahibdir. Özbəkistan tərəfi də logistika imkanlarının genişləndirilməsini və Azərbaycan məhsullarının Özbəkistanın Termez şəhərindəki logistika infrastrukturu vasitəsilə qonşu bazarlara çıxarılmasını perspektiv istiqamətlərdən biri kimi qiymətləndirir. Nəticə etibarı ilə, Azərbaycan-Özbəkistan münasibətləri ortaq köklərə, qarşılıqlı hörmətə və strateji müttəfiqliyə söykənərək yüksələn xətlə inkişaf edir. Dövlətlərimiz arasında imzalanmış çoxsaylı sənədlər və iki ölkə liderinin siyasi iradəsi bu əməkdaşlığı daha sarsılmaz edir. Əsrlərdən gələn bu dostluq və qardaşlıq münasibətləri bundan sonra da möhkəmlənərək həm xalqlarımızın rifahına, həm də bütün türk dünyasının güclənməsinə xidmət edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Avqust 2026, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin