BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

 

Pravda.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan avqustun 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

 

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Tarix: 24 Avqust 2026, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin