BURADA REKLAMINIZ OLA
BİLƏR

İlan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirildi

Göyçayda kişini ilan sancıb. Hadisə rayonun Aşağı Qaraməryəm kəndi ərazisində qeydə alınıb.

 

Məlumata görə, 40 yaşlı Coşqun Füzuli oğlu Zərbəliyev təsərrüfat işləri ilə məşğul olarkən ilan onun əl barmağından sancıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilib.

 

Ona ilkin tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.

Tarix: 24 Avqust 2026, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin