BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən Bəhruz Əhmədov saxlanıldı

Narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.

 

Onun yaşadığı ünvandan ümumilikdə 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, B.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix: 25 Avqust 2026, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin