BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanacaqdoldurma məntəqəsində yanğın baş verdi - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə Pravda.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanacaqdoldurma məntəqəsinin ərazisində "Toyota" markalı minik avtomobilində yanğın baş verdiyi və məntəqə ərazisinə yayılma riskinin yüksək olduğu müəyyən olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları, yük hissəsinə yığılmış hər birinin tutumu 20 litr olan 8 ədəd yanacaqla dolu plastik və dəmir qab yanıb, məntəqədə bir ədəd pompanın idarəetmə lövhəsi deformasiya edib.

 

Yanacaqdoldurma məntəqəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

***

11:55

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

 

Məlumata görə, hadisə “TOT Oil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

 

Belə ki, “Toyota Corolla” markalı, "77-FE-478" dövlət qeydiyyat nişanlı minik avtomobilinə yanacaq doldurularkən maşının yanacaq çənində yanğın baş verib.

 

Yanğın nəticəsində avtomobilin yanar hissələri və yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabda yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kalonkanın idarəetmə lövhəsi qarsalanıb.

 

Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarəti alıb və təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.APA

Fotoları təqdim edirik
Tarix: 25 Avqust 2026, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin