BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəramət: "Atamı mənim yerimə danışdırmayın…"

Yazıçı Kəramət Böyükçöl bəzi jurnalistlərə irad bildirib.

Pravda.az-ın xəbərinə görə, K.Böyükçöl deyib ki, müsahibə verəcək halda deyil:


"Haqqımda yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzürlü sayın. Müalicə olunub qurtarım, sonra danışarıq. Və jurnalistlərdən xahiş edirəm, atamı mənim yerimə danışdırmayın ki, onun dediyi sözlərdən bəzi ağzıgöyçəklər mənim əleyhimə istifadə etməsin. Mən uşaq deyiləm. Sinif yoldaşı ilə dalaşan uşağın valideynin məktəb direktoru iki dəqiqədən bir məktəbə çağırdığı kimi siz də mənim atamı verilişə çağırıb mənim yerimə danışdırırsınız. Olmaz! Özünü necə hiss edirsən soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. Nəyəsə ehtiyacın varmı soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur. Sevgilər!"

Tarix: 20 Avqust 2020, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin