BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda 20 yaşlı qadının bıçaqlanmasının detalları bilindi - VİDEO - YENİLƏNİB

Tovuz rayonunda 20 yaşlı Rufanə Nəbiyevanın əri tərəfindən boğaz nahiyəsindən bıçaqlanması hadisəsinin təfərrüatları məlum olub.

 

Zərərçəkənin xalası Afət Əsədova hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, R.Nəbiyevanın əri dəfələrlə həyat yoldaşını ölümlə təhdid edib və ana evinə getməsinə icazə verməyib:

 

"Mənim bacım qızıdır. Əri hər dəfə deyirdi ki, Rusiyadan onun öldürməyə gəlirəm. Bir müddətdir ailədə ziddiyyətli vəziyyət yaranmışdı. Əri Rusiyaya gedəndən sonra qız da anasının evinə qayıtdı. Dünən boşanma ilə bağlı məhkəmələri idi. İki ildir ailə qurublar, bir övladları var. İlk başlarda hər şey normal idi, yaşayırdılar. Nə oldusa sonradan oldu. Qıza deyirdi anan gəlməsin bu evə, bir qohumun gəlməsin. Bacınla telefonla danışmaq olmaz. Hansı zəmanədir ana övladı ilə, qız bacısı ilə danışmasın? Bu o fikirlə Rusiyadan qayıdıb ki, qızı öldürsün".

 

Qeyd edək ki, cinayəti qadının əri Nəbi Nəbiyevin törətdiyi ehtimal olunur. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

***

14:20

 

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb.

 

Pravda.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.

 

2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiyev bıçaqlayıb. Onlar yeni ailə həyatı qurubmuşlar.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

 

 

 

Tarix: 25 Avqust 2026, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin