BURADA REKLAMINIZ OLA
BİLƏR

Şabranda yol qəzası olub, sərnişin və sürücü ölüb

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

 

Qəza nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 26 Avqust 2026, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin