BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bosniya qəssabı” Ratko Mladiç öldü

Bosniya və Herseqovina serblərinin keçmiş komandanı, “Bosniya qəssabı” Ratko Mladiç ölüb.

 

Bu barədə "Reuters" məlumat yayıb.

 

Mladiç Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 85 yaşında ölüb.

 

Qeyd edək ki, 16 il gizlənən Ratko Mladiçin yeri 2011-ci ildə aşkarlanıb. O, Haaqaya ekstradisiya edilib və 2017-ci ildə soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və müharibələrdə günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib.

 

Ratko Mladiç 1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Bosniya serblərinin ordusuna rəhbərlik edib. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsaya daxil olmasından sonra şəhərdə və ətraf ərazilərdə bosniyalı müsəlmanlara qarşı kütləvi qətllər törədilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb.

 

2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi tanıyıb.APA

Tarix: 27 Avqust 2026, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin