BURADA REKLAMINIZ OLA
BİLƏR

İçində 11 azərbaycanlının olduğu gəmi batdı

Qara dənizdə göyərtəsində azərbaycanlıların olduğu yük gəmisi batıb.

 

Pravda.az lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

 

Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Cunda” şirkətinə məxsus Palau bayrağı altında üzən “Svetoslava” adlı quru yük gəmisi Türkiyənin Samsun limanından üzü Giurgiulesti Moldova limanına doğru gedirmiş.

 

Gəminin göyərtəsində 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşı olub. Onların hamısının xilas olunduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Qeyd olunur ki, dənizçilərin vəziyyəti qənaətbəxşdir.

Tarix: 28 Avqust 2026, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin