BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadını vurub hadisə yerindən uzaqlaşdı – VİDEO

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdən hadisənin Gənclər Şəhərciyi ərazisində qeydə alındığı bildirilir.

 

İlkin məlumata görə, avtomobil qadını vurub. Hadisədən sonra sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

 

Qəzanın başvermə səbəbləri, xəsarət alan qadının hazırkı vəziyyəti, eləcə də sürücünün şəxsiyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.(Globalinfo)

Tarix: 28 Avqust 2026, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin