BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 4 dəfə artıb – QRAFİK

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Qırğızıstana 30 milyon 30,09 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə və ya 22 milyon 508,32 min dollar artım deməkdir.

 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

 

Hesabat dövrü ərzində Azərbaycan Qırğızıstandan 4 milyon 34,77 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 12,4 dəfə və ya 45 milyon 985,86 min dollar azdır.

 

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,16 faizini, ümumi idxalının isə 0,04 faizini təşkil edib.

 

Həmçinin 2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ümumi ticarət dövriyyəsi 77 milyon 172,45 min dollar təşkil edib. Ötən il ərzində Azərbaycandan Qırğızıstana ixrac 23 milyon 419,54 min dollar, Azərbaycana Qırğızıstandan idxal isə 53 milyon 752,91 min dollar olub. Bu da Azərbaycanın ümumi ixracının 0,09 faizini, ümumi idxalının isə 0,22 faizini təşkil edib.

 

.

 

 

Tarix: 31 Avqust 2026, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin