BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziya Məmmədovun qardaşından Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama: “Məsafə qorunursa, nə problem ola bilər?”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri Elton Məmmədov akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışıb.

 

Elton Məmmədov bildirib ki, Ramiz Mehdiyev qaydalara əməl edən şəxsdir.

 

O, Ramiz Mehdiyevin və ailəsinin karantin qaydalarını pozmasına inanmadığını deyib: "Ramiz müəllim həyatı boyu karantin qaydalarını pozaraq nəvəsinə toy etməz. Əgər Ramiz müəllim evində ailə şəraitində nə isə edirsə, bunun karantinə nə dəxli var? Məsafə qorunursa, karantin şərtlərinə əməl olunursa, burada nə problem ola bilər? Hamı hər gecə öz ailə üzvləri ilə bir araya gəlib yemək yeyir. İndi o toyda da Ramiz müəllimin ailə üzvləri oturub Allahın verənindən bir tikə yeyiblər. Məgər bu karantin qaydalarının pozulması deməkdir?".

 

Elton Məmmədov Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etmədiyini söyləyib: "Ramiz müəllimin nəvəsinin toyunun olmasını ilk dəfə sizdən eşidirəm. Mən o toyda iştirak etməmişəm".Demokrat.az

Tarix: 21 Avqust 2020, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin