BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur

Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq doğurur.

 

Pravda.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın milli bayramı – Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti Peter Pelleqriniyə ünvanladığı təbrik məktubunda yer alıb.

 

Dövlətimizin başçısı qeyd edib ki, son illərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafı, ali səviyyəli səfərlərin artması, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ikitərəfli münasibətlərimizin məzmununu daha da zənginləşdirib.

Tarix: 1 Sentyabr 2026, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin