BURADA REKLAMINIZ OLA
BİLƏR

Əliyev və Paşinyanın Bişkek görüşü - Sülh prosesi kağız üzərində qalmayıb, liderlər arasında canlı təmasla dəstəklənir...

“Cənab Prezident İlham Əliyevin Bişkek səfəri çərçivəsində günün ən çox izlənən hadisəsi, şübhəsiz, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş oldu. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını xüsusi vurğuladılar. Bu, o deməkdir ki, proses kağız üzərində qalmayıb, liderlər arasında canlı təmasla dəstəklənir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Qırğızıstan parlamentlərarası işçi qrupunun üzvü Naqif Həmzəyev deyib.

Naqif Həmzəyev Rəsulzadə ilə bağlı dediklərinə ilk dəfə aydınlıq gətirdi  Pravda.az

Deputat bildirib ki, üçüncü tərəfin - bu halda Şanxay Əməkdaşlıq Təşkilatı Platformasının, “neytral zəmin” rolu oynaması Bakı üçün həm daxili, həm beynəlxalq auditoriyaya “danışıqlar davam edir” siqnalını vermək baxımından əhəmiyyətlidir: “Azərbaycan sülh gündəliyinə sadiqdir. Heç bir vasitəçi olmadan danışıqların davam etdirilməsində maraqlıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Sentyabr 2026, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin