BURADA REKLAMINIZ OLA
BİLƏR

8,5 milyon avro qazanan futbolçu məşqə 8 min avroluq avtomobillə gəlir

Fransanın PSJ klubunun futbolçusu Joau Neveş məşqə gəldiyi avtomobillə diqqət mərkəzinə düşüb.

 

Məlumata görə, 21 yaşlı yarımmüdafiəçi klubun məşq bazasına 2021-ci il istehsalı olan “Peugeot Partner” markalı avtomobillə gəlib.

 

PSJ-dən ildə təxminən 8,5 milyon avro qazanan portuqaliyalı oyunçunun addımı sosial şəbəkələrdə geniş müzakirə olunub. Neveş bazanın qarşısında azarkeşlərə avtoqraf da verib.

 

Məlumata görə, futbolçunun istifadə etdiyi avtomobilin təxmini qiyməti 8,2 min avrodur. Bu məbləğ Joau Neveşin təxminən 8 saatlıq qazancına bərabərdir. Azərtac

Tarix: 1 Sentyabr 2026, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin