BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasitəçilər olmadan aparılan danışıqlarda daha ciddi nailiyyətlərə imza atmaq mümkündür - RƏY

“Cənab Prezident İlham Əliyevin Bişkek səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Onlardan biri Ermənistanın Baş naziri Nikol Paşinyanla oldu. Əvvəla, görüş vasitəçilər olmadan keçirildi. İkitərəfli görüşlərin xronologiyası göstərir ki, vasitəçilər olmadan aparılan danışıqlarda daha ciddi nailiyyətlərə imza atmaq mümkündür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov: “Azərbaycanda xalq-hakimiyyət birliyi olduğuna görə Nepal və  digər ölkələrdəki proseslər burada baş vermir” Pravda.az

Deputat bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü çərçivəsində sülh prosesinin indiki vəziyyəti və perspektivləri ətrafında çox geniş fikir mübadiləsi aparılıb: “Xüsusilə qeyd olunub ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin imzaladıqları Birgə Bəyannamə, sülh müqaviləsinin paraflanması nəticə etibarilə sülh prosesi yolunda ciddi əsaslar yaradır. Eyni zamanda görüşdə vurğulanıb ki, sülh müqaviləsinin imzalanması üçün ilk növbədə dövlətlərimiz və xalqlarımız arasında etimad mühitinin formalaşması, xüsusilə, vətəndaş cəmiyyəti institutları arasında birbaşa təmaslar olduqca vacibdir. Bu istiqamətdə əməli addımlar atılır. Bundan sonra Azərbaycan Respublikasından keçməklə Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Həmçinin Azərbaycanın neft məhsullarının Ermənistana satışı təmin edilir. Yaxın perspektivdə Ermənistandan da Azərbaycana ixrac məhsulları reallaşdırılacaq. Bütün bunlar çox müsbət proseslərdir və reallaşmaqdadır. Sülh müqaviləsinin imzalanması üçün yeganə maneə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının Konstitusiyada əks olunmasıdır. Nikol Paşinyan da son bəyanatlarında bu məsələyə toxunaraq bir daha vurğulayıb ki, bu ilin sonunda dekabr ayında Ermənistanın yeni Konstitusiyasının layihəsi mətbuatda dərc olunacaq. Bundan sonra isə istisna deyil ki, 2027-ci ilin əvvəllərində yeni Konstitusiya qəbul edilsin. Yeni Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı heç bir məsələ əksini tapmamalıdır. Paşinyan xüsusilə vurğulayıb ki, Ermənistanın köhnə Konstitusiyasından müstəqilliklə bağlı bəyannamənin mətni çıxarılacaq. Belə halda, təbii ki, Azərbaycana qarşı ərazi iddiaları məsələsinin də çıxarılması avtomatik baş vermiş olur. Eyni zamanda tərəflər razılığa gəliblər ki, bundan sonra da bu tip təmasları qoruyub saxlamaq və sülh gündəliyinin irəli aparılması ilə bağlı növbəti addımları atmaq lazımdır. Bu nöqteyi-nəzərdən cənab Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən Zirvə görüşü olduqca əhəmiyyətlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Sentyabr 2026, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin