BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdama növbəti köç: daha 117 ailə doğma yurduna qovuşdu

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 1-də Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə 117 ailə olmaqla, 362 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

 

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Tarix: 1 Sentyabr 2026, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin