BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya vətəndaşları Qazaxıstana elektron giriş icazəsi ilə daxil olacaqlar

Rusiya vətəndaşları Qazaxıstana daxil olmaq üçün elektron giriş icazəsi almalı olacaqlar.

 

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə müvafiq sənədi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

 

Əcnəbilər üçün QazETA giriş icazəsi sistemi 1 noyabr tarixinə qədər pilot rejimdə işləyəcək. Giriş cəhdi zamanı icazənin sistemdə olmadığı aşkar edilərsə, bu, imtina üçün əsas olacaq.

 

1 noyabr tarixindən etibarən beynəlxalq reyslərdə olan rusiyalı sərnişinlər də icazə almalıdır.

 

15 noyabr tarixindən etibarən Avrasiya İqtisadi İttifaqı xaricindəki ölkələrlə sərhədlərdən avtomobillə daxil olanlar; 30 noyabr tarixindən etibarən Avrasiya İqtisadi İttifaqı ölkələri ilə sərhədlərdən avtomobillə daxil olanlar; 15 dekabr tarixindən etibarən isə qatarla və dəniz limanları vasitəsilə gələnlər icazə almalıdır.

 

İcazə 180 gün müddətində qüvvədə olacaq və Qazaxıstana birdən çox səfərə icazə verəcək.

Tarix: 1 Sentyabr 2026, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin