BURADA REKLAMINIZ OLA
BİLƏR

362 nəfərdən ibarət köç karvanı Ağdam şəhərinə çatıb

Sentyabrın 1-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 362 nəfərdən ibarət 117 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Fotoları təqdim edirik
Tarix: 1 Sentyabr 2026, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin