BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Romada “Harmoniya” sənədli filminin təqdimat mərasiminə yarım milyona yaxın vəsait sərf edəcək

Azərbaycan Vatikan dövləti ilə tərəfdaşlıq çərçivəsində xaricdə yaşayan azərbaycanlılar üçün Roma şəhərində “Harmoniya” sənədli filminin təqdimat mərasiminin təşkili xidmətinə 428 233 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, vəsaiti Mənəvi Dəyərlərin Təbliği Fondu ayırıb.

 

Xidməti isə Nizamnamə kapitalı 10 AZN olan “The Event Company” MMC göstərəcək. Şirkətin rəhbəri Müşfiq Səhrab oğlu Mikayılovdur.

 

Fond və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 1 Sentyabr 2026, 18:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin