BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə-Azərbaycan Universiteti qəbul üzrə planın 97.5%-ini doldurub - FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı ilin qəbul nəticələrinə əsasən, Türkiyə-Azərbaycan Universitetində plan yerlərinin 97.5%-i üzrə tələbə qəbulu həyata keçirilib.

 

TAU-nun illər üzrə qəbul dinamikasına baxanda ən yüksək göstərici bu il qeydə alınıb. Ümumilikdə, bu il 120 plan yeri üçün 117 tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 27% artım deməkdir.

 

TAU üçün ən yüksək qəbul nəticəsi 667.5 bal, ən aşağı qəbul nəticəsi 401.7 bal olub. TAU-ya qəbul olunanlardan 42 tələbə 600-dən yuxarı bal toplayan, 51 tələbə isə 500-dən yuxarı bal toplayan gənclərdir.

 

TAU-da kompüter mühəndisliyi ixtisası üzrə 100% nəticə (60 yer – 60 qəbul), sənaye mühəndisliyi ixtisası üzrə 100% nəticə (30 yer – 30 qəbul) və qida mühəndisliyi ixtisası üzrə 90% nəticə (30 yer – 27 qəbul) qeydə alınıb.

 

Ölkədə qida mühəndisliyi ixtisası üzrə ən yüksək qəbul balı (562.4 bal) və ən yüksək keçid balı (401.7 bal) TAU-da olub. Ölkədə sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək qəbul balı (667.5 bal) və ən yüksək keçid balı (507.1 bal) TAU-da qeydə alınıb. TAU-da kompüter mühəndisliyi ixtisası bu il də ən çox 600-dən yuxarı bal toplayan tələbə sayı ilə fərqlənib (35 nəfər).

Fotoları təqdim edirik
Tarix: 1 Sentyabr 2026, 19:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin