BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağçada uşağının qanında psixotrop maddə aşkarlanan ana təfərrüatı danışdı - VİDEO

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanıb. Bununla bağlı Sosial şəbəkələrdə iddialar yayılıb. Hadisənin təffəürratlarını “Xəzər Xəbər”ə danışan valideyn Nurgül Məmmədova iddia edir ki, 3 yaş iki aylıq övladı 3 həftədir 98 saylı uşaq bağçasına gedir.

 

Valideyn deyir ki, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

 

O, iddia edir ki, övladını tam sağlam formada tərbiyə müəssisəsinə təhvil verib.

 

Tarix: 1 Sentyabr 2026, 21:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin