BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan: Bölgədə sülh bərqərar olduqdan sonra Ermənistan-Rusiya münasibətlərinə “yeni baxışla” yanaşılmalıdır

Ermənistan ilə Rusiya arasında müzakirə tələb edən bir çox məsələlər yığılıb qalıb.

 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə ŞƏT sammiti çərçivəsində görüşündə bildirib.

 

Paşinyan Ermənistanın Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirməkdə maraqlı olduğunu deyib.

 

O, son illərdə Ermənistan ətrafında və bütövlükdə regionda vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib.

 

Baş nazirin sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri münaqişə şəraitində müəyyən məna daşıyıb. Lakin regionda sülh bərqərar olduqdan sonra bu münasibətlərə artıq “yeni baxışla” yanaşılmalıdır.

 

Paşinyan belə bir yanaşmanın ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.

 

Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərindən danışan Baş nazir onların bir çoxunun uğurla fəaliyyət göstərdiyini, mənfəət əldə etdiyini və əhəmiyyətli vergi ödəyicilərinə çevrildiyini söyləyib. Bununla belə, o, Rusiyanın iştirakı ilə hələ də gəlirsiz qalan və inkişaf etməyən müəssisələrin də olduğunu qeyd edib.

 

Paşinyanın fikrincə, bu məsələ həm Ermənistanın, həm də Rusiyanın marağında olduğundan, birgə həll edilməlidir. O bildirib ki, tərəflər konkret şirkətlərin vəziyyətini və mövcud problemləri ətraflı müzakirə etməlidirlər.

 

APA

Tarix: 1 Sentyabr 2026, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin