BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bank of America"nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti Nyu-Yorkun Tayms meydanında bıçaqlı hücum nəticəsində həyatını itirib.

 

Bu barədə "Reuters" məlumat yayıb.

 

Bildirilir ki, E. Pyaçenti aldığı bıçaq xəsarətləri nəticəsində xəstəxanada vəfat edib. O, "Bank of America"da biznes istiqamətlərinin seçilməsi və maraqlar toqquşması məsələləri üzrə vitse-prezident vəzifəsində çalışıb.

 

Nyu-York meri Zokhran Mamdani brifinq zamanı bildirib ki, əlində bir neçə bıçaq olan qadın Tayms meydanında iki nəfərə hücum edib.

 

Bundan sonra polis əməkdaşları elektroşokerdən istifadə edib, daha sonra isə atəş açıblar.

 

Nyu-York Polis Departamentinin komissarı Cessika Tiş bildirib ki, hücumların təsadüfi və heç bir səbəb olmadan törədildiyi ehtimal olunur. Onun sözlərinə görə, elektroşokerlər bıçaqları əlində olan və polis əməkdaşlarına doğru irəliləməyə davam edən qadını dayandırmadıqdan sonra polis atəş açıb.

 

Report

Tarix: 1 Sentyabr 2026, 23:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin