BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “protiv” gedərək ölümlə nəticələnən yol qəzası törədən sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Maarif Fərəcullayevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, hadisə 2024-cü ilin avqust ayında paytaxtın Qala-Pirallahı yolunda qeydə alınıb.

 

Belə ki, Maarif Fərəcullayev idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə yolun əks hərəkət zolağına çıxıb. Bu zaman 40 yaşlı Mehdi Rauf oğlu Aslanovun idarə etdiyi “KİA” markalı avtomobil yük maşınının qapısına çırpılıb. Nəticədə Mehdi Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hadisədən sonra Maarif Fərəcullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Pirallahı Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə

 

Maarif Fərəcullayevin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarının 2.2, 5.2.2 və 5.3-cü bəndləri tətbiq olunmaqla, o, hökmlə əsas cəza kimi təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 2 Sentyabr 2026, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin