BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölümlə nəticələnən yol qəzası törədən sürücü ilə bağlı qərar verildi

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Namiq Eynullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, hadisə 2023-cü il mayın 26-da Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonunun Banbaşı kəndi ərazisindən keçən hissəsində TəzəAlvadı kəndi istiqamətində baş verib.

 

Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi “VAZ-217030” markalı avtomobil Miri Ağayevin idarə etdiyi “VAZ-21043” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-21043” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü Miri Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və “VAZ-217030” markalı avtomobilin sürücüsü Namiq Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Hadisədən sonra Namiq Eynullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Namiq Eynullayevin apellyasiya şikayəti təmin edilməyib.

Tarix: 2 Sentyabr 2026, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin